24 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə Prezidenti: 2023-cü ildə keçiriləcək seçkilərdə iyirmi illik təcrübə ilə xalqın qarşısına çıxacağıq.

26 İyul 2022

Keçdiyimiz yolda təhsil sisteminə nəzər saldıqda universitetlərin sayını 76-dan 208-ə çatdırdıq. Təbii ki, bu universitetlər 81 vilayətin hamısında mövcuddur. Təhsildəki dinamika səhiyyədə də var. Şəhər xəstəxanaları olmasaydı, biz koronovirusla mübarizə apara bilməzdik.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 25-də “TRT Haber” telekanalının canlı yayımında gündəmi dəyərləndirərkən ifadə edib.

Türkiyənin xarici siyasətinin bütün istiqamətlərinə, o cümlədən qonşu ölkələrlə münasibətlərə, Qara dənizdə taxıl daşınmasına aid təhlükəsiz dəhlizin yaradılması məsələsinə, Yunanıstan tərəfinin davam edən təxribatlarına, həyata keçirilən çoxşaxəli antiterror əməliyyatlarına və s. mühüm məqamlara münasibət bildirən Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, ölkədə həyata keçirilən sosial-iqtisadi proseslər, mühüm layihələr barədə də məlumat verib.

Təhsil, tələbələr üçün yaradılan şərait, səhiyyə və infrastruktur layihələri, kənd təsərrüfatı sahəsinə göstərilən dəstək, sənayedəki yeniliklər və s. məsələlərə aid sualları cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə deyib: “2023-cü ildə keçiriləcək seçkilərdə iyirmi illik təcrübə ilə xalqın qarşısına çıxacağıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…