19 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə parlamentinin Büro katibi: “Hər zaman Azərbaycanın yanında olacağıq və bu, dəyişilməz dövlət siyasətidir”

16 May 2023

“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və bu, dəyişilməz dövlət siyasətidir”.

TELEJURNAL xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro katibi, millət vəkili Bayram Özçelik Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz həmrəylik pis və yaxşı gündə olmaqla bu gün də davam edir: “Zəlzələ fəlakətində də ilk köməyə gələn məhz Azərbaycan dövləti və xalqı oldu. Bu, heç vaxt unudulmayacaq”.

B.Özçelik bildirib ki, Heydər Əliyev olmasaydı, həmin dövr region ölkələri üçün çətin olardı: “Ulu Öndər tək Azərbaycan deyil, həm də Türkiyə üçün də önəmli şəxsiyyət olub. Bu gün Türkiyənin müxtəlif şəhərlərində onun adını daşıyan küçə, məktəb və s. Heydər Əliyevə olan hörmətin bariz nümunəsidir. Ümummilli Lider məzarında Azərbaycanın XXI əsrdəki uğurlarını dinc şəkildə izləyir. Gələcək əsrlərə Azərbaycanı aparan möhkəm təməl var. Türkiyə xalqı və dövləti ilə hər zaman Azərbaycanın yanında və çiyin-çiyinə olacaq. Bu, dəyişilməz dövlət siyasətidir. Qarabağ qalibiiyyəti ilə nəticələnən Şuşa Bəyannaməsi ilə əlaqələrimiz strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəlib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…