67 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə müxalifətindən Rusiya ilə bağlı açıqlama: “Hakimiyyətə gəlsək…”

18 Mart 2023

 

“Müxalifət seçkilərdə qalib gəlsə, Ankara da Moskva ilə bərabərhüquqlu münasibətlərə can atacaq”.

TELEJURNAL  xəbər verir ki, bunu Türkiyədə keçirilən ümumi seçkilərdə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz bildirib. Onun sözlərinə görə, qalib gəlsə, müxalifət Rusiyaya NATO üzvü olduğunu xatırladacaq.

Bundan əlavə o, qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcək. Siyasətçinin vurğulayıb ki, hakimiyyətə gəlsələr, Moskva ilə “bərabər münasibətlərə” can atacaqlar.

Türkiyənin “Yeni Şafak” qəzetinin xəbərinə görə, Çeviköz “Rusiya ilə danışıqlarda, şübhəsiz ki, bərabərhüquqlu münasibətlərə can atacağıq. Amma biz Rusiyaya Türkiyənin NATO üzvü olduğunu da xatırladacağıq” deyə söylərib.

Siyasətçi onu da əlavə edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmayacaq.

Xatırladaq ki, Türkiyədə ümumi – parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı.

Qeyd edək ki, dövlət başçısının əsas rəqibi müxalifətdə olan “Xalq Alyansı”ndan vahid namizəd Kamal Kılıçdaroğlu olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…