23 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə münasibətlərin normallaşması üçün Ermənistandan konkret addımlar gözləyir.

21 İyul 2022

Ankara ikitərəfli münasibətlərin normallaşdırılması məsələsində Ermənistandan konkret addımlar gözləyir.

TELEJURNAL.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT telekanalının efirində deyib.

“Biz hələ Ermənistandan konkret addımlar görməmişik. Artıq Nikol Paşinyanın rəhbərlik etdiyi administrasiya bu istiqamətdə müsbət addımlar atmalıdır”, – deyə Mövlud Çavuşoğlu bildirib.

İyulun 1-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Vyanada keçirilən görüşündə üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən keçmək imkanının tez bir zamanda təmin edilməsi və iki ölkə arasında yüklərin hava yolu ilə daşınmasına başlanması qərara alınıb.

Bu iki dövlətin ümumi sərhədə malik olmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, sonradan bu sənədlər ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolları ləğv edib. 2021-ci ildə hər iki ölkədə ikitərəfli münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…