39 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə Milli Müdafiə Universiteti professoru: “Soyqırımının təkrarlanmaması üçün türk dünyasının qüdrəti daha da artırılmalıdır”

31 Mart 2023

“31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün miqyasının böyüklüyü, hadisələrin ardıcıllığı, səhnələrin qəddarlığı arxasında erməni həkim, müəllim, ziyalıların illərcə düşünülmüş, təşkilatlanmış insanlığa sığmayan “ağıllı planları” dururdu. Belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün türk dünyasının birliyi, gücü, qüdrəti artırılmalıdır”.

TELEJURNAL Report-a istinadən xəbər verir . Ankara bürosuna açıqlamasında Azərbaycan əsilli, Türkiyə Milli Müdafiə Universiteti hərbi fakültəsi tarix kafedrasının müdiri, professor İbrahim Ethem Atnur bildirib.

1917-ci ildə Çar Rusiyasının dağıldığı ərəfədə ordu daxilində 200 minə yaxın erməni quldur dəstəsi və erməni mənşəli əsgərlərin olduğunu bildirən tarixçi deyib ki, soyqırımı hadisələrində onlardan da istifadə olunub:

“Onların çoxunu Anadoludan, önəmli qismini də Qafqazdan gedən ermənilər təşkil edirdi. Rus orduları “müharibəyə yox” təbliğatı ilə Qafqazdan və Türkiyənin şərqindən çəkilincə, onların arasında olan erməni əsgərlər və quldurlar Türkiyənin şərqində və Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Türkiyənin şərqindən Naxçıvana, İrəvana, Qubaya qədər olan bölgələrdə erməni əsgər və quldurları müsəlman xalqa, dinc əhaliyə qarşı insanlığa sığmayan böyük cinayətlər törətdilər”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…