254 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə mediası Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini geniş işıqlandırıb

21 Mart 2022

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa növbəti səfərləri, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalının alovlandırmaqları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyənin əyalət mediası da bu səfər barədə geniş məlumatlar yayıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Novruz tonqalının alovlandırdı” sərlövhəsi ilə təqdim olunan məlumatda dövlətimizin başçısının Azərbaycan xalqına bayram təbrikindən sitatlar verilib. Prezident İlham Əliyevin çıxışındakı “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” ifadəsi manşet materialı kimi təqdim olunub. Məlumatlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ikinci ildir ki, Novruz tonqalını Qarabağda alovlandırır.
Anadolu və İHA agentlikləri başda olmaqla ölkənin aparıcı media qurumları, o cümlədən “Sabah”, “Yeni akıt” və “Karar” qəzetləri xəbəri orijinal fotolarla təqdim edib. “TRT Haber” telekanalı martın 21-dəki səhər buraxılışında Türkiyə qəzetlərinin xülasəsini təqdim edərkən Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini əks etdirən manşet yazıları ekran boyu nümayiş etdirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…