251 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə mediası Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsini geniş işıqlandırıb

01 Fevral 2022

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a verdiyi müsahibə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, İHA xəbər agentliyi, “Hurriyet”, “Sabah”, “Yeni şafak”, “Yeni akıt və digər qəzetlər müsahibənin əsas məqamlarını türkdilli ictimaiyyətə çatdırıblar.
“TRT-Azərbaycan” radiosunun rəsmi saytı müsahibənin tam mətnini yayıb.
Məlumatlarda 44 günlük Vətən müharibəsində Ermənistanın Gəncə şəhərinə endirdiyi raket zərbələrinin törətdiyi tələfat və dağıntılardan bəhs olunur. Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev müsahibədə təcavüzkar tərəfin Azərbaycanda dinc əhalini hədəfə almasını sərt şəkildə qınayaraq deyib: “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…