46 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə mediası: Azərbaycan yüksək təşkilatçılıqla TEKNOFEST-ə böyük əzəmət gətirdi

31 May 2022

Mayın 26-da paytaxt Bakıda start götürən “TEKNOFEST Azərbaycan” festivalı barədə informasiyalar Türkiyə kütləvi informasiya vasitələrinin baş xəbəri olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə təşkil edilən bu festivalda birgə iştirakları və çıxışları qardaş ölkə KİV-ləri tərəfindən geniş işıqlandırılıb. Dövlət başçılarının, həmçinin Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında birgə iştirakları əsl qardaşlıq nümunəsi kimi təqdim edilib.

TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “CNN Türk”, “TRT AVAZ”, “Haber Global” və digər telekanallar “TEKNOFEST Azərbaycan” festivalının açılış mərasimini canlı yayılayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti işgüzar səfəri, qardaş ölkə Liderinin Bakıda yüksək qonaqpərvərliklə qarşılanması, ictimaiyyət nümayəndələri tərəfindən göstərilən səmimi münasibət, Azərbaycan və Türkiyə dövlət başçılarının çıxışlarındakı xüsusi məqamlar media tərəfindən diqqətlə izlənilib.

Prezident İlham Əliyevin Nobel mükafatı laureatı Əziz Səncər və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın ünvanına söylədiyi xoş sözlər də Türkiyə mediasının diqqətini cəlb edib.

İnformasiyaları türk, ingilis, rus və digər dillərdə təqdim edən Anadolu Agentliyi “TEKNOFEST Azərbaycan” festivalının mahiyyətinə və qarşıda duran vəzifələrə toxunub. Xəbərlərdə qeyd olunub ki, elm və tərəqqinin təntənəsi kimi qiymətləndirilən festival gənc nəslin elm və təhsilə münasibətində köklü dəyişiklik yaradacaq. Agentlik festivalın bağlanış mərasimindən də xüsusi material yayıb.

“Haber Global” telekanalı yaydığı “TEKNOFEST Azərbaycan”dan tarixi görüntü: Ərdoğan ilə Əliyev belə qucaqlaşdılar” sərlövhəli reportajla iki qardaş ölkə liderlərinin dostluq və qardaşlıq münasibətlərini tərənnüm edib. Kanalın yaydığı materiallarda festivalın əzəməti, əhalinin coşqusu əksini tapıb. Vurğulanıb ki, festival gənclərin təhsilə və yaradıcılığa meylini daha da artırıb.

Festivalla bağlı ondan çox informasiya yayan Türkiyənin məşhur “Sabah” qəzeti bu barədə xəbərləri manşetdə təqdim edərək “TEKNOFEST Azərbaycan” sayəsində qazanılan uğurlar barədə analitik materiallar dərc edib. Materiallarda xüsusilə diqqətə çatdırılır ki, bu festival elm və tərəqqinin tərənnümüdür.

“TEKNOFEST Azərbaycan”ın bağlanış mərasimi də Türkiyə mediasının diqqət mərkəzində olub. Ölkənin nüfuzlu telekanallarından olan “TGRT Haber”in “Selçuk Bayraktardan Azərbaycan gənclərinə: Yerli texnologiyalar yaradın” sərlövhəli materialında əminliklə ifadə olunur ki, bu festivalda fəal şəkildə iştirak edən gənclər elmi, bilik və bacarıqları ilə bütün dünyanı heyran ediblər.

Festivaldan fərqli materiallar təqdim etməklə geniş ictimaiyyətin məlumatlandırılmasında əsas media qurumlarından olan “İHA” tədbirlə bağlı sonuncu xəbərində əminliklə ifadə edib ki, bu mərasimə yüksək təşkilatçılıqla ev sahibliyi edən Azərbaycan gələcəkdə yenidən Bakıda və Şuşada TEKNOFEST həvəskarlarını bir araya gətirəcək.

Media qurumları festivalın yüksək peşəkarlıqla təşkili, əhalinin festival çərçivəsində keçirilən tədbirlərə böyük sevinc və qürur hissi ilə qatılması kimi mövzulardan rəngarəng materiallar yayıblar. Vurğulanıb ki, Azərbaycan yüksək təşkilatçılıqla TEKNOFEST-ə böyük əzəmət gətirib və onun beynəlxalq aləmdə cəlbediciliyini artırıb.

Orijinal video və fotolarla təqdim olunan məlumatlar əsasında “TEKNOFEST Azərbaycan” festivalının bütün əzəməti dünya ictimaiyyətinə nümayiş olunub. Festival çərçivəsində təşkil olunan sərgi, iştirakçı tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması, müqavilələrim imzalanması prosesləri də geniş ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, hələ Azərbaycanda “TEKNOFEST” Aerokosmik və texnologiya festivalına hazırlıq mərhələsində belə qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən son dərəcə diqqətlə yanaşılan mövzular sırasında olub. Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də böyük bir tədbirə -“TEKNOFEST Azərbaycan” festivalına o qədər böyük əzəmət gətirib ki, bu barədə hələ çox danışılacaq və daha çox yazılacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…