26 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə lideri: “Mayın 14-də CHP layiq olduğu cavabı alacaq”

12 May 2023

“Mayın 14-də CHP layiq olduğu cavabı alacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul Baxçalıevlərdəki mitinqi zamanı deyib.

Türkiyə Prezidenti mitinq keçirilən əraziyə gələndə bir posterdə “Biz Türkiyəyə layiq olduğunu verəcəyik” yazıldığını gördüyünü deyib: “Bu, CHP-nin seçki posteri idi. Bəs, İstanbulun Bələdiyyəsinə indi hansı partiya rəhbərlik edir?! CHP. Onda İstanbulu niyə zir-zibil basır?! İstanbulun layiq olduğu budur?! İndi də deyirlər Türkiyəyə layiq olduğunu verəcəyik”.

“AK Partinin dövründə İstanbul Bələdiyyəsinin hansı işləri gördüyü hamıya yaxşı məlumdur. İstanbulun ən böyük problemlərindən biri olan içməli su problemini, eyni zamanda bir çox başqa işlər gördük. Çünki biz İstanbula aşiq idik. Ona görə də gələn il bələdiyyə seçkilərində İstanbulu CHP-nin zülmündən qurtarmalıyıq”, – deyə dövlət başçısı qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…