54 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə Kanadanı bu qərarına görə qınadı

06 Oktyabr 2020

Rəsmi Ankara Kanada hakimiyyət orqanlarının Azərbaycan-Ermənistan münaqişəsi bölgəsində istifadə bəhanəsi ilə müdafiə texnologiyaları və silahlarının Türkiyəyə ixracı üçün lisenziyaların dayandırılması qərarını qınayıb.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir:

“Eyni Kanada, dövrümüzün ən qanlı humanitar dramlarından biri sayılan Yəməndəki münaqişədə fəal iştirak edən ölkələrə silah tədarükü yolunda heç bir maneə yaratmır. Təhlükəsizliyə töhfə olaraq Orta Şərqə silah tədarükü edən Ottavanın mövqeyi BMT mütəxəssislərinin də kəskin tənqidinə səbəb olub. Eyni zamanda, NATO müttəfiqlərinə silah ixracı yolunda yaranan problemlərin heç bir izahı ola bilməz”.

XİN Kanadanı ikili standartlarda və Azərbaycan torpaqlarının 30 ildir Ermənistanın işğalı altında olması faktına biganə yanaşmaqda təqsirləndirib.

Ankara kanadalı səlahiyyətlilərin Suriyanın şimalında Türkiyənin apardığı “Sülh baharı” antiterror əməliyyatı zamanı da bənzər bir qərəz nümayiş etdirdiyini xatırladıb.

“Rəsmi Ottavanı ikili standartlar siyasətindən imtina etməyə çağırırıq. Kanada səlahiyyətliləri antitürk dairələrinin təsirindən çıxmalı və xırda siyasi məqsədlər üçün hərəkət etməməlidirlər”,-deyə sənəddə qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…