165 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə ilə Azərbaycan arasında sənaye mülkiyyəti haqqında sənəd imzalanacaq

01 Mart 2022

Türkiyə ilə əlaqələrin normativ-hüquqi bazasının genişləndirməsi məqsədilə “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) arasında sənaye mülkiyyətinin qorunması haqqında Anlaşma Memorandumu” üzərində iş başa çatdırılıb.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Bildirilib ki, tərəflərin bu sənədi imzalaması gözlənilir.

Anlaşma Memorandumunun məqsədi tərəflər arasında ikitərəfli əməkdaşlıq üçün ümumi çərçivənin yaradılması, bilik və yaxşı təcrübə nümunələrinin mübadiləsi ilə birlikdə ölkələrin əqli mülkiyyət sistemlərinin idarəçiliyinin inkişaf etdirilməsi və səmərəliliyinin artırılmasıdır.

Tərəflər əqli mülkiyyət sahəsində milli qanunvericilik və təcrübələri haqqında məlumat mübadiləsini aparmaq və bu məqsədlə konkret əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək, bir – birinin əqli mülkiyyət hüquqları sahiblərinin hüquqlarının qeydiyyatı və effektiv şəkildə qorunmasını təmin etmək, regional və beynəlxalq səviyyədə sənaye mülkiyyətinin effektiv qorunmasını təmin etmək üçün üçüncü ölkələr və beynəlxalq təşkilatlarla müştərək əməkdaşlıq imkanlarını inkişaf etdirmək, iştirak etdikləri beynəlxalq layihələrdə birgə yanaşmanı formalaşdırmaq, məlumat və təcrübə mübadiləsi aparmaq, bu məqsədlərlə birgə fəaliyyətlər təşkil etmək sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…