221 baxış
Bu yazını paylaşın
Dünya

Türkiyə F-16 qırıcılarının tədarükü ilə bağlı ABŞ-la danışıqlar aparır

18 Avqust 2022

ABŞ Dövlət Departamenti Ankaranın F-16 qırıcılarının tədarükü ilə bağlı müraciəti əsasında ABŞ-Türkiyə danışıqlarının aparıldığını təsdiqləyib.

“TELEJURNAL.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.

“F-16 qırıcılarının texniki xidmətləri üçün Türkiyənin tələbi ilə görüşlər davam edir. Türkiyə nümayəndə heyəti bununla bağlı müzakirələr aparmaq üçün ABŞ-a gəlib. Biz Konqresə rəsmi məlumat verilməyənə qədər iddia edilən hərbi transferləri açıq şəkildə şərh etmirik və ya təsdiq etmirik” , – deyə Prays vurğulayıb.

O, Türkiyə hökumətinin ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində gələcək niyyətlərini birbaşa Ankaradan aydınlaşdırmağı təklif edib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra ABŞ Ankaraya təzyiq göstərməyə başlayıb və ona beşinci nəsil F-35 təyyarələrini satmaqdan imtina edib.

Daha sonra ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş “F-16” qırıcılarının və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…