95 baxış
Bu yazını paylaşın
Siyasi

Türkiyə Böyük Millət Məclisinin sədri “Dubay Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

21 Yanvar 2022

Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eləcə də bu ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Birləşmiş Ərəb Əmirliklərinə səfərləri çərçivəsində “Dubay Ekspo 2020” ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkiblər.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, milli pavilyonla tanış olan Mustafa Şentop xatirə kitabına ürək sözlərini yazaraq deyib: “Dubayda keçirilən “Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunun qonağı olmaqdan şərəf duyuram. Pavilyonun Can Azərbaycanın tanıdılmasına və ticarət əlaqələrinin qurulmasına töhfə verəcəyinə ümid edirəm”.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli də milli pavilyonda sərgilənən eksponatlarla tanış olub. “Qardaş Azərbaycanın öz mədəniyyətini, tarixini və məhsullarını ən yaxşı şəkildə sərgilədiyinin sevinclə şahidi oldum. Ümid edirəm ki, pavilyon Azərbaycanın tanıdılmasına, ticarət əlaqələrinin qurulmasına və gücləndirilməsinə kömək olacaq”, – deyə nazir bildirib.

https://azertag.az/xeber/Turkiye_Boyuk_Millet_Meclisinin_sedri_Dubay_Ekspo_2020_sergisinde_Azerbaycan_pavilyonunu_ziyaret_edib-1981558

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…