50 baxış
Bu yazını paylaşın
Siyasi

“Türk Qızılayı”ndan Azərbaycana yardım karvanı yola düşdü (FOTO)

09 Oktyabr 2020

Təcili humanitar yardım materiallarını Azərbaycana gətirən Türk Qızıl Aypara karvanı Dağlıq Qarabağ bölgəsindəki münaqişədən təsirlənən bölgə xalqına çatdırmaq üçün yola çıxıb.

“telejurnal” “Qaynarinfo”ya istinadən xəbər verir ki, Türk Qızılayı Etimesgut şəhərciyində 4 yük maşınından ibarət konvoyun yola salınma mərasimi təşkil edilib.

Prosesi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə çox yaxından izlədiklərini söyləyən Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık deyib:

“Biz iki fərqli cəmiyyətik, lakin vahid milli Qızıl Aypara kimi fəaliyyət göstəririk. Həmişə bu mənada əlimizdə nə varsa, onlarla bölüşməyə hazır olduğumuzu bildirmişik. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tələbləri istiqamətində 6 nəfərin yerləşə biləcəyi 16 kvadratmetrlik 250 ədəd 16 kvadratmetrlik 6 nəfərin yata biləcəyi çadır, 3 min yorğan, 500 yataq, 288 mətbəx dəsti, təqribən 1,2 milyon lirəlik humanitar yardım təchizatını 3 nəfər fövqəladə vəziyyət mütəxəssisimizin müşayiəti ilə 4 TIR-la yola salacağıq.

Keçən ilin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti ilə Dağlıq Qarabağ bölgəsinə etdiyimiz səfərlər zamanı bölgədəki ehtiyacları müəyyənləşdirdik. Bölgədəki gərginlik onsuz da yüksək idi və buna hazırlaşdıq. Türk Qızıl Ayparası olaraq o bölgədəki hər cür böhran və insani ehtiyaclarda onlarla birlikdə idik, indi də yanlarındayıq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…