25 baxış
Bu yazını paylaşın
Dünya

“Türk Evi”nə hücumda şübhəli bilinən şəxs ABŞ-da axtarışa verilib

24 May 2023

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs axtarışa verilib. Türkiyə rəsmiləri araşdırmalardan sonra şübhəlinin şəxsiyyətini müəyyən edib və bununla bağlı Nyu-York şəhər Polis Departamentinə məlumat verib.

 

“Telejurnal” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu bildirilib.

 

Nyu-York şəhər Polis Departamenti ötən gün şübhəlinin qaldığı evsizlər sığınacağında axtarışlar aparıb.

 

Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…