24 baxış
Bu yazını paylaşın
İctimai

Türk dünyası yazarları arasında hekayə yarışı keçirilir

22 İyun 2023

Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında “VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi” elan olunub.

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un Baş Katibi Sultan Rayev bildirib ki, müsabiqə rəhbərlik etdiyi qurumun nəzdində yaradılan Yazarlar Birliyi, UNESKO və Avropa Yazarlar Birliyinin dəstəyi ilə keçirilir. Baş katib müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib:

“Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır”, deyə Sultan Rayev bildirib.

Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq. Birinci yerin qalibi 35 min, ikinci yer 25, ücüncü 20, həvəskar iştirakçı isə 10 min Türk lirəsi ilə mükafatlandırılacaq. Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…