220 baxış
Bu yazını paylaşın
Siyasi

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyən edilib

05 Aprel 2022

Türk Dövlətləri Təşkilatına (TDT) ödənişlərin yeni bölgüsü müəyyən edilib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bununla bağlı “Türk Dövlətləri Təşkilatı Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd edilib ki, maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir.

Daha əvvəl məcburi ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilmişdi:

Azərbaycan Respublikası – 2/15

Qazaxıstan Respublikası – 4/15

Qırğız Respublikası -1/15

Türkiyə Respublikası – 8/15

Yeni layihəyə əsasən isə Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir:

Azərbaycan Respublikası – 2/18

Qazaxıstan Respublikası – 4/18

Qırğız Respublikası -1/18

Türkiyə Respublikası – 8/18

Özbəkistan Respublikası- 3/18.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…