82 baxış
Bu yazını paylaşın
Dünya

Türk Dövlətləri Coğrafiya Şurası yaradılıb

09 May 2023

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin xalqları arasında əməkdaşlığı inkişaf etdirmək üçün Türk Dövlətləri Coğrafiya Şurası yaradılıb.

(TDT) verilən məlumata görə, bu məqsədlə Daşkənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstan Coğrafiya Birlikləri rəhbərlərinin birinci iclası keçirilib.

İclasda TDT-nin “Türkiyə Baxışı-2040” məqsədlərinə uyğun olaraq, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın və əlaqələrin təkmilləşdirilməsinə yönəlmiş bir mexanizm olan Türk Dövlətləri Coğrafiya Şurasının yaradılmasına dair saziş imzalanıb.

Bildirilib ki, yeni yaradılan şura türk coğrafiyasının zəngin, təbii və mədəni irsini təbliğ etməklə insanlar arasında əlaqələrin dərinləşdirilməsi, elm, təhsil və innovasiyalar sahələrində bilik və təcrübə mübadiləsi, turizm əməkdaşlığının təşviqi üçün mühüm platforma rolunu oynayacaq.

İclasda tərəflər Özbəkistan Coğrafiya İnstitutunun prezidenti Oybek Norinbayevi Türkiyə Dövlətləri Coğrafiya Şurasının sədri seçiblər və Şuranın qarşıdakı dövr üçün əhatəli fəaliyyət planını müzakirə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…