22 baxış
Bu yazını paylaşın
Siyasi

Tural Gəncəliyev: Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni dövrə qədəm qoyduğunu nümayiş etdirir

24 Fevral 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İki ölkə arasında əməkdaşlığın yeni mərhələsi ölkəmizin milli maraqlarına söykənən çoxşaxəli müstəqil xarici siyasətin komponentlərindəndir”.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin üzvü Tural Gəncəliyev bunu Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlikqarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni şərh edərkən deyib.
Tural Gəncəliyev bildirib ki, qonşu ölkələrlə yüksəksəviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Qələbəmizin qazanılmasında bu amil xüsusi rol oynayıb. Moskva Bəyannaməsinin əsas qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər.
“Hesab edirəm ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış edən zaman Azərbaycan Prezidentinin vurğuladığı iki məsələyə diqqət yetirmək xüsusilə əhəmiyyətlidir. Birincisi, “biz gözləyirik ki, Ermənistan tərəfi 2020-ci il 9-10 noyabr tarixli Bəyanatın bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir”. İkincisi, “mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici töhfə verəcəklər”. Bu fikirlər Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələdə ölkəmizin gözləntilərinin nədən ibarət olduğunu çox açıq şəkildə ortaya qoydu”, – deyə deputat bildirib.
T.Gəncəliyev həmçinin Azərbaycan-Rusiya əlaqələrinin dərin köklərə malik olduğuna diqqət yetirib. Millət vəkili qeyd edib ki, Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur”.

Tural Gəncəliyevin fikrincə, münasibətlərin yeni mərhələsi Rusiyada yaşayan və işləyən yüz minlərlə soydaşımızın həyat şəraitinə müsbət təsirini göstərəcək. “Hər il Azərbaycandan aparılan min tonlarla kənd təsərrüfatı məhsulu Rusiya bazarlarında satışa çıxarılır. Çox vaxt bu məhsullar bürokratik əngəllər üzündən günlərlə sərhəddə və ya yoxlanış məntəqələrində saxlanılır. Nəticədə məhsullar xarab olur və sahibkarlara külli miqdarda zərər dəyir. Fikrimcə müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bu sahədə mövcud olan problemlərin həllini operativ qaydada həll etməyə imkan verəcək”, – deyə Milli Məclisin deputatı bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…