105 baxış
Bu yazını paylaşın
Siyasi

Tural Gəncəliyev: Dünya Prezident İlham Əliyevin əsl liderlik keyfiyyətlərinə malik olmasına bir daha şahidlik edir

09 Mart 2022

Prezident İlham Əliyevin apardığı düşünülmüş və dəqiq hesablanmış siyasət nəticəsində Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, qlobal miqyasda önəmli oyunçu statusuna yiyələnib. Azərbaycanın, xüsusilə dövlətimizin başçısının liderliyi ölkəmizin 30 ilə yaxın hərbi təcavüzə məruz qaldığı illərdə və işğala son qoymaq üçün apardığımız 44 günlük Vətən müharibəsində özünü daha qabarıq büruzə verdi.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
T.Gəncəliyev diqqətə çatdırıb ki, bu günlər dünya Azərbaycan Prezidentinin müdrik rəhbər, mahir diplomat və sərkərdə olmasına bir daha şahidlik edir. Dövlətimizin başçısının yürütdüyü siyasət, atdığı addımlar və gördüyü tədbirlər nəticəsində Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrini öz gücü hesabına yerinə yetirdi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu kontekstdə hazırkı gərgin dövrdə, yəni, siyasi böhran və təhlükəsizlik məsələlərinin önəm daşıdığı bir zamanda qlobal məsələlərə baxışları ilə seçilən əsl liderlərə böyük ehtiyac duyulur. Aparıcı güc mərkəzlərinin rəhbərləri belə liderlərlə əlaqə yaratmağa, dialoqa girməyə çalışırlar.
Müasir dünyamızda “lider” probleminin yaşandığını diqqətə çatdıran deputat vurğulayıb ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin əsl liderlik keyfiyyətlərinə məxsus olduğunu hələ Vətən müharibəsində gördü. Zəfərimizdən sonra regionda yeni reallıq yaradan ölkəmiz “3+3” formatına üstünlük verdi və region ölkələrinin iqtisadi inkişafını sürətləndirəcək Zəngəzur dəhlizi məsələsini gündəmə gətirdi. “Dövlətimizin başçısının atdığı addımlar və bu addımların nəticələri onu sübut edir ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri Prezident İlham Əliyev ilə ünsiyyət qurmaq və yaxşı əlaqələr yaratmaqda maraqlıdırlar. Bunu Azərbaycan Prezidentinə ünvanlanan məktublar, edilən telefon zəngləri, görüşlər də açıq-aydın göstərir. İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin dövlətimizin başçısına zəng etməsi, Fransa Prezidenti Emmanuel Makronun, Britaniyanın Baş naziri Boris Consonun dövlətimizin başçısına ünvanlandığı məktublardan da bunu görmək mümkündür. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə əlaqədar Avropa İttifaqının, Qərb dövlətlərinin rəsmiləri ilə aparılan danışıqlar Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin göstəricisidir”, – deyən Tural Gəncəliyev vurğulayıb ki, bütün bunlar müasir dünyada əsl liderlik keyfiyyətlərinə məxsus dövlət başçısına malik olmaq məsələsinin çox önəmli olduğunu göstərir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…