27 baxış
Bu yazını paylaşın
Dünya

Tunisdə konstitusiya referendumunda seçici fəallığı 27,5 faiz olub.

26 İyul 2022

Tunisdə ölkənin əsas qanununa prezidentin səlahiyyətlərinin artırılması maddələrinin əlavə edilməsini nəzərdə tutan konstitusiya referendumu keçirilib.

TELEJURNAL. az AZƏRTAC -a istinadla xəbər verir ki, Tunisin Seçki Komissiyası referendumda 9,3 milyon seçicinin cəmi 27,54 faizinin iştirak etdiyini, onların 92,3 faizinin isə təklif olunan dəyişiklikləri dəstəklədiyini bildirib. Prezident Kais Saidin tərəfdarları referendumun nəticələrini alqışlamaq üçün küçələrə axışıblar.

Tunisdə keçirilən referendumda seçici fəallığının aşağı olmasının əsas səbəbi Prezident Kais Saidin ötən il buraxdığı parlamentdə təmsil olunmuş siyasi partiyaların əhalini boykota çağırması olub.

Tunisdə keçirilən ümumxalq referendumunun rəsmi nəticələri iyulun 28-də elan ediləcək.

“Ərəb baharı” adlanan prosesdən sonra iqtisadi və sosial tənəzzülün daha da dərinləşdiyi Tunisdə Prezident Kais Saidin ötən il parlamenti buraxması ciddi siyasi təlatümlərə səbəb olub. Qanunverici orqanda ən çox yerə malik olan “Ennahda” partiyası dövlət başçısının bu addımına qarşı çıxsa da, siyasi partiyaların çəkişməsindən bezmiş xalq Prezidenti dəstəkləyib. Tunis vətəndaşlarının əksəriyyəti hesab edirlər ki, dövlət başçısının səlahiyyətlərinin artırılması dərin sosial-iqtisadi böhrandan qurtulmağa kömək edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…