28 baxış
Bu yazını paylaşın
Siyasi

“Tunel qətliamı”nın şahidləri Kəlbəcərə səfər edib

16 Aprel 2022

Aprelin 16-da “Tunel qətliamı”nda şəhid olan mülki vətəndaşların bir neçəsinin ailə üzvlərinin və şahidlərin Kəlbəcərə səfəri təşkil edilib.

“TELEJURNAL”  Reporta-a istinadən xəbər verir ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Ailə üzvləri və şahidlər faciələrin baş verdiyi yerdə olub və şəhidlərin xatirəsini yad ediblər.

Dövlət Komitəsinin Regional İdarəetmə və Sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov bildirib ki, faciə zamanı şəhid olan 53 nəfərdən təkcə bir nəfər – Quliyev İslam Məhəmməd oğlunun qəbir yeri bəllidir. Həmin qəbir isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidədir:

“Qalan şəxslər isə itkin sayılır.

Çox şükür ki, biz və faciə qurbanlarının ailə üzvləri bu yerləri gəlib ziyarət edə bilir. Təəssüf ki, itkinlərimiz barədə məlumat yoxdur”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…