44 baxış
Bu yazını paylaşın
İctimai

Tullantıları ətrafa atanlar cərimələnib

25 İyul 2023

Abşeron rayonu, Atyalı qəsəbəsində, Ağsu rayonu, “Kamran” kafesinin ərazisində, İsmayıllı rayonu, Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanının yaxınlığında və İmişli rayonu, Bəhramtəpə qəsəbəsindəki “Dostlar” marketində formalaşan tullantıların ətrafa atılaraq qalaqlandığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib. “Kamran” kafesinin sahibi İmran Eyyubov, qəssab dükanının sahibi Ravil Hümbətov və “Dostlar” mağazasının sahibi Vidadi Hüseynov barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə obyektlərin sahiblərinə və Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…