194 baxış
Bu yazını paylaşın
Siyasi

“TRT Haber”: Azərbaycan Prezidenti ilk yaşayış məskəninin qurulması üçün Ağdamı seçdi

03 Aprel 2022

Türkiyənin nüfuzlu “TRT Haber” telekanalı işğaldan azad edilən Qarabağda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə bağlı xüsusi reportaj yayıb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın bir hissəsinin otuz il işğalda saxlanılması, zəbt edilən ərazilərdə həyata keçirilən vandalizmdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əzəmətli Zəfər qazanaraq ərazilərini düşməndən qurtarıb, ərazi bütövlüyünü bərpa edib.

Reportajda, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri ilə bağlı mühüm məqamlara toxunulub. Tamaşaçılara məlumat verilib ki, Qarabağda böyük bir qətiyyətlə yeni və müasir infrastruktur qurulur.

“Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərdə ilk yaşayış məskəninin qurulması üçün Ağdamı seçdi. Düşmənin yerlə- yeksan etdiyi Ağdam “ağıllı şəhər” kimi yenidən qurulur. Yeni hava limanları və avtomagistrallar Azərbaycanın imkanlarını daha da genişləndirəcək”, – deyə reportajda qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…