40 baxış
Bu yazını paylaşın
Siyasi

“TRT-Azərbaycan” radiosu Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsinin tam mətnini yayıb

31 Yanvar 2022

“TELEJURNAL” xəbər verir ki, Prezident İlham Əliyevin yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a verdiyi müsahibənin tam mətni “TRT-Azərbaycan” radiosunun rəsmi saytı tərəfindən operativ şəkildə yayımlanıb.
Müsahibədə prezidentlik dövründə Gəncəyə 18 dəfə səfər etdiyini diqqətə çatdıran dövlətimizin başçısı əminliklə bildirib ki, Azərbaycanın ikinci böyük şəhərinin inkişafı, eləcə də genişlənməsi, müasirləşməsi və yüksək təchizatı hər zaman prioritet olub.
Müsahibəsində İkinci Qarabağ müharibəsinin nəticələrinə geniş yer ayıran Prezident İlham Əliyev terrorçu Ermənistanın Gəncədə törətdiyi ağır cinayətlərin səbəb və məqsədləri barədə də müfəssəl məlumat verib.
İşğalçı niyyətli Ermənistanı faşizm ideologiyasından bəhrələnməkdə kəskin ittiham edən Prezident İlham Əliyev deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…