53 baxış
Bu yazını paylaşın
Dünya

Tramp: Ukrayna problemini 24 saat əzində həll edə bilərəm

28 Mart 2023

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, əgər münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv edilə bilər.

 

TELEJURNAL xəbər  verir ki, belə bir bəyanatla o, bazar ertəsi yayımlanan “Fox News”a müsahibəsində deyib.

Tramp qeyd edir ki, Ukrayna böhranı 2024-cü ildə ABŞ prezidenti seçilənədək “həll olunmaya bilər” və hazırkı Amerika lideri Co Baydenin administrasiyasının siyasəti “üçüncü dünya müharibəsi” ilə təhdid edir: “Əgər problem həll olunmasa, mən bunu Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 24 saat ərzində edə bilərəm. Bunlar çox sadə danışıqlar olardı, amma mən onların mahiyyətini açıqlamayacam, çünki mən indi söyləsəm, vaxtı gələndə danışıqlarda açıqlanmış arqumetlərdən istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, – Tramp bildirib.

“Buna qədər isə, hələ il yarım, çox uzun müddət var. O vaxt nə baş verə biləcəyini təsəvvür edə bilmirəm”, – Respublikaçı davam etdi. “Əsas nəticə ondan ibarətdir ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir”, – Tramp vurğulayıb, aparıcı ölkədən “heç nə qalmayacağını” qeyd edib.

Tramp dəfələrlə bəyan edib ki, ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər. Tramp iddia edib ki, ABŞ prezident seçkilərində qalib gəlsə, Ukraynadakı vəziyyətin bir gündə nizamlanmasını təmin edə bilər, lakin o, buna konkret olaraq necə nail olmaq niyyətində olduğunu heç vaxt açıqlamayıb.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Tramp 2022-ci ilin noyabrında ölkədə ən yüksək hökumət postu uğrunda mübarizəyə qoşulduğunu elan edib. Hazırkı Amerika lideri Co Bayden yenidən seçiləcəyinə ümid etdiyini açıq şəkildə bildirdi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…