105 baxış
Bu yazını paylaşın
Dünya

Tramp tədbirdə Baydeni təqlid edib

28 Aprel 2023

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən qatıldığı tədbirdə gələn il keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizəd olacağını açıqlayan 80 yaşlı ABŞ prezidenti Co Baydeni ələ salıb.

TELEJURNAL xəbər verir ki, daha əvvəl yaşının çox olduğu üçün Co Baydeni “qoca” adlandıran Tramp bu dəfə prezidentinin unutqanlığı ilə bağlı çətin vəziyyətə düşməsinıgündəmə gətirib.

“Hara gedirəm? Mən hara gedirəm? çölə çıxmaq istəyirəm. Burdadır, yoxsa oradadır”, – deyə o, Baydenin yolunu tapmağa çalışdığı anlara toxunub.

Onun təqlidi salonda gülüş doğursa da, Tramp Amerika siyasət tarixində Co Bayden kimi vicdansızın olmadığını iddia edərək: “O, sadəcə özünü və ailəsini zənginləşdirməyə çalışır. Görəsən niyə Çinlə bağlı heç nə etmədi. Çünki o, Çindən milyonlarla dollar qazanır”, -deyə qeyd edib.

Onun irəliləyən yaşı və psixi sağlamlığı ilə bağlı narahatlıqlar ABŞ prezidenti Co Baydeni kürsüyə oturduğu gündən bəri təqib edir.

“Şimali Karolina ştatındakı çıxışında boş yerdə əl sıxan, vitse-prezident Kamala Harrisi “Prezident” adlandıran ABŞ prezidenti, əlinəki yalançı vərəq ilə yaxalanıb, jurnalistlərə yaşı ilə bağlı narahatlıqlara baxmayaraq, sorğuların onun tərəfində olduğunu iddia edir və qatıldığı proqramlarda tez-tez insanların adlarını unudur”, – deyə o qeyd edib.

80 yaşında olan ABŞ prezidenti Bayden bu yaxınlarda ikinci dəfə Amerikanı idarə etmək üçün namizədliyini rəsmən elan etdi. Bayden seçicilərdən ona “başladığı işləri başa çatdırmaq üçün daha çox vaxt vermələrini istəsə də, Respublikaçılar Partiyası Baydeni böhrandan sonra böhran yaratdığına və cəmiyyətdən “əlaqəsinin kəsilməsinə” görə tənqid edərək onu ələ salıb.

Prezident Co Baydenin sələfi və rəqibi, Respublikaçı keçmiş prezident Donald Tramp 2022-ci il noyabrın 16-da prezidentliyə namizədliyini açıqlayıb. Respublikaçılar Partiyasında 76 yaşlı namizəd Trampın ən yaxın rəqibi kimi Florida ştatının 44 yaşlı qubernatoru Ron DeSantisin adı çəkilir.

Rəy sorğularında Trampdan geri qalan DeSantis hələ də namizədliyini açıqlamayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…