63 baxış
Bu yazını paylaşın
Siyasi

Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır

09 Noyabr 2020
Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır

Donald Tramp

ABŞ prezidenti Donald Tramp bir neçə ştatda səslərin yenidən sayılması ilə bağlı mübarizəsini davam etdirmək üçün bir neçə mitinq keçirməyi planlaşdırır.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya ştatlarında yenidən sayım üçün komandalarının yaradıldığını elan etməyə hazırdır.

Qeyd olunub ki, mitinqlərdə Tramp səs verdiyi iddia edilən, amma səsvermə vaxtı artıq dünyasını dəyişmiş seçicilər ilə bağlı sübutlar təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, yerli KİV prezident seçkisində demokrat Co Baydenin qalib gəldiyini yazıb və o da artıq özünü qalib elan edib. Donald Tramp məğlubiyyətini hələ qəbul etməyib, onun vəkilləri səslərin sayılmasının dayandırılması və iddia edilən pozuntuların araşdırılması tələbləri ilə müxtəlif ştatların məhkəmələrində iddia qaldırırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…