31 baxış
Bu yazını paylaşın
Siyasi

Tramp Baydeni ABŞ tarixinin ən korrupsiyalaşmış prezidenti adlandırıb

25 İyul 2023

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp indiki Prezident Cozef Baydeni ölkə tarixinin “ən korrupsioner” prezidenti adlandırıb.

TELEJURNAL   xəbər verir ki, D.Tramp bunu özünün “Truth Social” sosial şəbəkəsində yerləşdirib.

“Cozef Bayden ABŞ tarixinin ən korrupsioner prezidentidir və Nümayəndələr Palatasında hər gün təkzibolunmaz sübutlar təqdim olunur”, – Tramp tvitində yazıb.

O, həmçinin qanunvericiləri Baydenə və radikal sol demokratlara qarşı tədbir görməyə çağırıb. Tramp vurğulayıb ki, Senatın bu istiqamətdə fəaliyyətə başlamasının vaxtı çoxdan çatıb.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp Cozef Baydeni ABŞ-ın dövlət sirrini açdığına görə qınayıb. Onun sözlərinə görə, prezidentin Pentaqonda sursat çatışmazlığı ilə bağlı açıqlamaları dəhşətlidir. Tramp, həmçinin, əlavə edib ki, onun hakimiyyəti dövründə bütün silah anbarları ağzına qədər dolu olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…