33 baxış
Bu yazını paylaşın
İctimai

Tovuzda “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin açılış mərasimi keçirilib

13 İyun 2022

Tovuzda “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin açılış mərasimi keçirilib

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verilib.

Birliyin Mətbuat xidmətindən TELEJURNAL-a bildirilib ki, layihə 3 mərhələdən ibarətdir. Layihənin hazırkı mərhələsində respublikamızın müxtəlif regionlarını təmsil edən 30 nəfər gənc bir həftə müddətində seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların effektiv idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edəcəklər. Həmçinin layihə boyunca gənclərlə işləyən şəxslər qeyri-formal təhsil və onun prinsipləri haqqında yeni məlumatlar əldə edəcək, Dayanıqlı İnkişaf Məqsədlərinin regionlar üzrə tətbiq mexanizmləri mövzusunda praktiki tapşırıqlar icra edəcəklər. Layihənin növbəti mərhələlərdə isə gənclərin öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşməsi, habelə region gəncləri arasında sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təklif paketi hazırlanacaq.

Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir. Layihə çərçivəsində ilkin olaraq 23 şəhər və rayondan ümumilikdə 15 min gəncin əhatə olunması hədəflənib.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…