22 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb – YENİLƏNİB

22 May 2023

Tovuzda 13 yaşlı qızı qaçıran şəxs saxlanılıb.

Bu barədə “Telejurnal “a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir. Qeyd edim ki, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək

15.36

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirlininin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”, – DİN rəsmisi vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…