51 baxış
Bu yazını paylaşın
Siyasi

Tovuz döyüşləri şəhidi- Mayor Anar Novruzov

14 İyul 2023

Azərbaycan hər dəfə öz adını tarixin tozlu səhifələrinə qızıl hərflərlə yazıb. Bu hadisələrdən biri də Tovuz döyüşləridir. 2020-ci il 12 iyulda erməni işğalçıları Azərbaycanın Tovuz bölgəsinə hücuma keçdiyindən bu mübarizə tarixə Tovuz döyüşləri-deyə, həkk olunub. İyulun 17-dək davam edən döyüşdə 12 hərbçi və 1 mülki vətəndaşımız şəhidlik zirvəsinə ucalmışdır.

İgid mayorlarımızdan biri olan Anar Novruzov Azərbaycan ordusu sırasında şücaətlə döyüşmüşdür.

Bəs “Akula” ləqəbli qəhrəman Anar Novruzov kimdir?

12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində 10 uşaqlı ailədə dünyaya göz açan Anar Novruzov ömrünün 26 ilini hərbi qulluqda olmuşdur. 2003-cü ildə Nazilə xanımla ailə həyatı qurmuş,bu evlilikdən 2 uşağı olmuşdur. Qızı Firuzə polis,oğlu Nihad isə hərbi həkim olaraq atalarının yolunu davam etdirmək istəyirlər.

1999-cu ildə ali məktəbi bitirdikdən sonra,elə həmin ildən başlayaraq kəşfiyyatçı zabit kimi ön cəbhədə fəaliyyətini davam etdirib. Tərtərin Qapanlı,Həsənqaya kəndində,Sumqayıtın “N” saylı hərbi hissəsində xidmət etdiyi müddətdə hərbi sirrləri,texnikanı daha dərindən öyrənmişdir.Bu xidməti dövründə də bir neçə dəfə medalla təltif edilib,bunlara görə də ona “Akula” ləqəbi verilib.

2008 Ağdərə döyüşü,Aprel döyüşü,Tovuz döyüşlərində qəhrəmancasına Vətəni,xalqı üçün mübarizə aparan Anar Novruzov 2020-ci il 14 iyulda əbədiyyətə qovuşub.

 

Vaxt gələcək elə bir evə sahib olacağam ki, hər kəs onun kölgəsinə yığışacaq”– deyən Anar Novruzov şəhidlik zirvəsinə ucaldıqdan sonra elə bütöv Azərbaycana sahib oldu.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

44 yaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanın son mənzili elə doğulduğu yer-Masallı rayonunun Ərkivan kəndi olub.

Fatimə Nəsirli

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…