62 baxış
Bu yazını paylaşın
Siyasi

Toponimiya komissiyasının tərkibi dəyişdirilib

05 Aprel 2022

Toponimiya komissiyasının tərkibində dəyişiklik edilib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bununla bağlı “Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi” barədə qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Toponimiya komissiyasının vəfat edən üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılıb.

Onlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovla əvəzlənib.

Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İman Eminov isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilk şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə ilə əvəz edilib.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…