55 baxış
Bu yazını paylaşın
Siyasi

Tiqran Köçəryan Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib

05 Oktyabr 2020

Məşhur erməni bloqer Tiqran Köçəryan Ermənistan Baş Naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib. 

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bloqer özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Nikol Paşinyanı kəskin tənqid edərək, onu faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib. O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red. Xankəndi) rus hərbçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib. T. Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.

Bloqer həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red. Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red. Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb. Ən maraqlısı isə T. Köçəryan Ermənistanın  baş naziri Nikol Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…