57 baxış
Bu yazını paylaşın
Dünya

The Times: Çıxışları və kitabları Boris Consona milyonlar qazandıracaq

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL  AZƏRTAC-a istinadən xəbər verir ki,

Boris Conson Britaniyanın Baş naziri postunu tərk etdikdən sonra gəlirini xeyli artıracaq, çıxışlardan və kitablardan milyonlarla funt-sterlinq qazanacaq.

“The Times” qəzeti bu barədə Boris Consonun bioqrafı Endryu Himsona istinadla məlumat yayıb.

Onun sələfləri postlarını tərk etdikdən sonra korporativ tədbirlərdə çıxışlarına görə yüksək məbləğdə qonorar alıblar. 2016-2019-cu illərdə Böyük Britaniyanın Nazirlər Kabinetinə rəhbərlik etmiş Tereza Mey son üç il ərzində Seul və Kopenhagen də daxil olmaqla, müxtəlif paytaxtlarda çıxış edərək 2,1 milyon funt sterlinq (2,5 milyon dollar) qazanıb.

2019-cu ildə Boris Conson xarici işlər naziri vəzifəsini tərk etdikdən sonra (2016-2019) Hindistanda çıxışına görə 122 min 900 funt-sterlinq qonorar alıb. Bundan öncə o, “The Daily Telegraph” qəzetinin icmalçısı kimi ildə 275 min funt-sterlinq gəlir əldə edib.

Boris Conson 2015-ci ildə ingilis şairi və dramaturqu Uilyam Şekspirin “Şekspir: Dahinin sirri” adlı tərcümeyi-halı üçün “Hodder & Stoughton” nəşrındən 88 min funt sterlinq (104 800 dollar) avans alıb. Ümumilikdə isə müqavilənin dəyəri yarım milyon funt-sterlinq (595 milyon dollar) təşkil edib. Tərcümeyi-halın 2016-cı ildə dahi şairin ölümünün 400-cü ildönümü ilə üst-üstə düşməsi nəzərdə tutulurdu, lakin müəllif xarici işlər naziri təyin olunduqdan sonra sifarişçilər nəşri təxirə salmağa razılıq verib.

Consonun “Hodder & Stoughton” üçün yazdığı başqa bir kitab – Uinston Çörçillin tərcümeyi-halıından bəhs edən “Çörçill faktoru: Bir insan tarixi necə yaradıb” (2014) adlı kitabı birmənalı qarşılanmasa da, bestsellerə çevrilib.

Xatırladaq ki, iyulun 7-də Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkar partiyanın lideri vəzifələrini tərk etmək qərarına gəldiyini açıqlayıb. O, yeni seçkilərə qədər hökumətə və partiyaya rəhbərlik edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…