46 baxış
Bu yazını paylaşın
İdman

Teymur Rəcəbov: “Süni intellektə qarşı oynayırsansa, heç bir şansın yoxdur”

16 İyun 2023

“İndi şahmatda elə bir tendensiya var ki, süni intellekt qrossmeysterlərə, hətta peşəkarlara da çox kömək edir. Düşünürəm ki, süni intellektə qarşı real oyun oynayırsansa, o zaman insanın praktiki olaraq heç bir şansı yoxdur”.

Telejurnal” ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forum (SPIEF) çərçivəsində süni intellektə əsaslanan “Mendeleyev Chess” proqramından istifadə etməklə keçirilən sinxron şahmat sessiyası barədə “Matc TV”yə açıqlamasında deyib.

Sessiyada 4 qələbə qazanan 36 yaşlı qrossmeyster bildirib ki, orada iştirak edən oyunçuların qarşısında çətin tapşırıq var: “Biz qrossmeysterlər hər bir gedişdə orta səviyyəni kifayət qədər yüksəkdə saxlayırıq. Proqramın köməyi ilə oynayan şahmatçı isə çətin anlar yaşayır – bir səhv problemlərə səbəb olur. Amma proqram müdafiə səviyyəsini daha yüksək saxlamağa kömək edir, taktiki mövqelərdə bir insandan, hətta dünya çempionundan daha güclüdür”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…