27 baxış
Bu yazını paylaşın
Dünya

Teymur Musayev Litvanın Azərbaycandakı səfiri ilə görüşüb.

26 İyul 2022

Səhiyyə Nazirliyində Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidius Navikasla görüş keçirilib.

Bu barədə TELEJURNAL. az Report-a istinadən xəbər verir ki,  Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirlib ki, səhiyyə naziri Teymur Musayev ölkələr arasında dostluq əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb.

Bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində uğurlu əməkdaşlığı diqqətə çatdıran Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi və əczaçılıq sənayesində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi: “Bundan əlavə, ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

Öz növbəsində Egidius Navikas ikitərəfli əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq Memorandumun imzalandığını diqqətə çatdıran səfir bu sənədin ölkələrimiz arasında tibbi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
Ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəklədiyini bildirən səfir ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş metodologiya və standartlara uyğun modernləşdirilməsinə hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…