53 baxış
Bu yazını paylaşın
Siyasi

Tərtərə düşmən hücumu: Ölən və yaralananlar var

02 Oktyabr 2020
Bu gün səhər saatlarından başlayaraq, Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutub. 

“telejurnal” “BAKU TV”a istinadən xəbər verir ki, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Balakəngərli kəndində iki qadın yaralanıb.

Əraziyə mərmi düşən zaman sakinlər evdə olduğundan onların vəziyyəti ağırdır.
Düşmən mərmisi sakinlərin yaşadığı evə və onlara məxsus minik avtomobilinə ziyan vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin, 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…