60 baxış
Bu yazını paylaşın
Uncategorized

Tərtərdə evə mərmi düşüb, mülki şəxs xəsarət alıb

07 Noyabr 2020
Tərtərdə evə mərmi düşüb, mülki şəxs xəsarət alıb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…