22 baxış
Bu yazını paylaşın
Siyasi

Terminologiya Komissiyası: “Məmməd adı ilə bağlı heç bir müzakirə aparılmayıb, bu adın qoyulması qadağan deyil”

10 İyul 2023

“Məmməd”, “Mamed” adları ilə bağlı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında heç bir müzakirə aparılmayıb, yaxın vaxtlarda heç bir media subyekti və jurnalistə hansısa açıqlama verilməyib. Ümumiyyətlə, Məmməd adının qoyulması qadağan deyil.

Bu fikirləri  açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O, məsələ ilə əlaqədar sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış iddiaları təkzib edib:

“Terminologiya Komissiyasının məqsədi adlar qoymaq, qeydə almaq deyil. Adlar Ədliyyə Nazirliyinin nəzdində qeydiyyat idarələri tərəfindən qeydə alınır. Ölkədə bir gündə minlərlə körpə dünyaya gəlir və körpələrə qoyulan adlar həmin qeydiyyat idarələri tərəfindən aparılır. Terminologiya Komissiyasına isə adların yazılışı forması ilə bağlı müraciət olunur. Bir sözlə, Terminologiya Komissiyası ad qoymur, onların yazılış formasına münasibətini bildirir. Məsələn, bizə bu yaxınlarda Səməd adının “Samed” kimi yazılması üçün müraciət olunub. Azərbaycan dilinin orfoqrafiya qaydaları, adların yazılış formaları, ədəbi dil qaydalarına uyğun olaraq adların yazılış forması müəyyən edilərək qeydiyyat idarələrinə təqdim olunub. Bizim vəzifəmiz bundan ibarətdir. Nə “Məmməd”, nə “Mamed” adlarının qadağan olunması məsələsi Terminologiya Komissiyasında müzakirə olunmayıb”.

S.Sadıqova vurğulayıb ki, 2015-ci ildə “Məmməd”, “Məhəmməd”, “Mamed”, “Muhammed” adlarının hansının yazılışının düzgün hesab olunması mövzusu müzakirə olunub və bu zaman onların “Məmməd” və “Məhəmməd” kimi iki formada yazılışı tövsiyə edilib:

“Bizim işimiz ad qadağası qoymaq deyil, insanları bu cür çaşdırmaq olmaz”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…