76 baxış
Bu yazını paylaşın
İqtisadi

Təmassız ödəmələrdən istifadənin üstünlükləri ilə bağlı videoçarx hazırlanıb.

22 Noyabr 2021

Dövlət Vergi Xidməti (DVX) tərəfindən təmassız ödəmələrdən istifadənin üstünlükləri, habelə ticarət və ictimai iaşə obyektlərində ödəmələr aparılarkən kassa çeklərinin tələb edilməsində vətəndaş fəallığının təmin olunmasına yönəlmiş maarifləndirmə işləri davam etdirilir.

‘TELEJURNAL’ xəbər verir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, bu məqsədlə DVX-nin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb.

Burada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ictimai iaşə və pərakəndə ticarət obyektlərində ödədikləri ƏDV-nin nağd ödənişlərdə 10 faizinin, nağdsız ödənişlərdə isə 15 faizinin geri qaytarılması haqqında məlumat verilir.

Vətəndaşların “ƏDV geri al” layihəsi barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş sosial çarxların silsilə şəklində hazırlanması nəzərdə tutulur.

https://azertag.az/xeber/Temassiz_odemelerden_istifadenin_ustunlukleri_ile_bagli_videocharx_hazirlanib-1932150

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…