37 baxış
Bu yazını paylaşın
Siyasi

Telman İsa: Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi ölkəmizə qarşı ikili standartların növbəti təzahürüdür

12 Mart 2022

Martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməni kəskin şəkildə pisləyirik. Hesab edirəm ki, bu qətnamə Azərbaycana qarşı ikili standartların növbəti təzahürüdür. Avropa parlamentarilərinin diqqətinə çatdırmaq istəyirik ki, ötən əsrin 90-cı illərinin əvvəlindən Ermənistandakı bəzi radikal qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət ölkəmizin tarixinə, mədəniyyətinə, milli irsinə aid mənbələrin dağıdılması ilə nəticələnib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa deyib.
O bildirib ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi, o cümlədən digər qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfər edərək hazırkı vəziyyətlə əyani şəkildə tanış olublar. “İşğaldan azad olunmuş ərazilərdə gördüyümüz mənzərə hər birimizi şoka saldı. Avropalı parlamentarilərə tövsiyəmiz ondan ibarətdir ki, hər hansı bir qətnamə qəbul etməzdən əvvəl baş vermiş problemin kökünü araşdıraraq məsələlərə münasibət bildirsinlər”, – deyə sədr müavini vurğulayıb.
T.İsa diqqətə çatdırıb ki, bu qətnamə Avropada bəzi maraqlı dairələrin, parlamentarilərin həyata keçirdiyi yanlış və qüsurlu bir qərar nümunəsidir. O, bu cür addımları pislədiyini və sənədin qəbuluna qərar verən şəxslərin tez bir zamanda etdikləri səhvi düzəldəcəklərinə ümidvar olduğunu bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanla bağlı təkliflərini dəfələrlə səsləndirib. Biz də ictimaiyyət nümayəndələri olaraq bu təklifləri təqdir edirik. Ermənistanla sülh istəyirik. Lakin Avropa parlamentarilərinin bu cür radikal qərarları bütün humanist addımların və iki ölkə arasında gələcəkdə qurula biləcək əlaqələrin üstündən xətt çəkir. Hesab edirəm ki, bu yanlış qərar tezliklə aradan qaldırılmalıdır”, – deyən Telman İsa fikirlərini sonlandırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…