79 baxış
Bu yazını paylaşın
İctimai

Təlimçiləri bir çətir altında birləşdirən sayt fəaliyyətə başlayıb.

21 Aprel 2022

Təlimçiləri bir çətir altında birləşdirən sayt fəaliyyətə başlayıb.

Bu barədə Telejurnal.az-a Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Quliyev bildirib.

Ölkəmizdə fəaliyyət göstərən təlimçi, konsultant, mentor, kouç və peşə təlimçilərini birləşdirən bu saytda hər kəs qeydiyyatdan keçə və göstərdiyi xidmətlər və mövzuları qeyd edə bilər.
Zənnimizcə, bu sahədə özünü peşəkar təlimçi vəzifəsində görmək istəyən şəxslərlə çalışaraq uğur qazana və işin perspektivlərini ortaya çıxara bilərik. Bildiyimiz kimi, Azərbaycanda bu sahədə kadr azlığı var, başqa sözlə desək, öz işində müvəffəq təlimçilər azlıq təşkil edir. Eyni zamanda, sözügedən təlimçilər çox az sayda tanınır və yaxud tanınmır.

Eyni zamanda təlimçi, mentor, konsultant, kouç və peşə təlimçilərinə ehtiyacı olan hər bir fiziki və hüquqi şəxs bu platformadan rahatlıqla istəklərinə uyğun ekspert tapa bilərlər.

Bizim də əsas məqsədimiz, bu kimi problemləri aradan qaldıraraq, peşəkar təlimçiləri birləşdirən platforma, təlimçilər, məsləhətçilər və şirkətlər arasında şəbəkələşmə, qarşılıqlı əlaqə və məlumat mübadiləsi üçün şərait yaratmaqdır. Əsasən, bu platforma müxtəlif sahələrə xidmət edən məsləhətçilər, biznes təlimçilər, mentorlar, kouçlar, peşə təlimçiləri və bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçündür

Bir sözlə, hər kəsin faydalanacağı bir saytı sizlərə təqdim edirik: https://telimciler.az/

Qeyd edim ki, Azərbaycan Təlimçi və Məsləhətçilərin Platformasının fəaliyyətindən istifadə tamamilə ödənişsiz tənzimlənir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…