55 baxış
Bu yazını paylaşın
Maraqlı

Telejurnal İnformasiya Portalı təcrübəilər arasında “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan “28 May – Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı esse müsabiqəsi elan olunur

24 May 2023

Telejurnal İnformasiya Portalı təcrübəilər arasında “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan “28 May – Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı (Azərbaycan dilində) esse müsabiqəsi elan olunur. Bütün təcrübəçilər bu mövzularda esselərini özləri haqqında məlumatla birlikdə (ad, soyad, ata adı, ixtisas, kurs) 31 May 2023-ci il tarixinədək  info@telejurnal.az elektron poçtuna göndərə bilərlər. Müsabiqəyə təqdim olunan esselər “MS Word” proqramında Times New Roman şrifti ilə 12 ölçüdə, 1.5 sətir aralıqlı yazılmalı və söz sayı 300 – 600 aralığında olmalıdır. Hər bir iştirakçı müsabiqəyə yalnız 1 (bir) esse təqdim edə bilər.
Təqdim edilən esselərin seçimi 21-31 May tarixləri arasında Münsiflər Heyəti tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşəcək.
Mükafatlandırma mərasimi 1 iyun tarixində keçiriləcək. I, II və III yerlərin qalibləri və fərqlənənlər fəxri fərman və diplomla mükafatlandırılacaqlar.Eyni zamanda I, II və III yerlərin qalibləri pul mükafatları ilə təltif olunacaqlar.
Müsabiqə Azərbaycan Respublikasında Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.
Esse müsabiqəsinin keçirilməsində məqsəd 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə irsinin esse mövzusunda işlənilməsidi. Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin, ədiblərinin bir daha tələbələr tərəfindən araşdırılıb təhlil edilməsi, o cümlədən onlarda esse janrı və müvafiq yazı prinsiplərini öyrənməsi və analtitik düşüncə tərzinin formalaşdırılmasıdır.

Qeyd edək ki, esse müsabiqəsi yalnız Telejurnal İnformasiya portalının təcrübəçilərinə aiddir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…