25 baxış
Bu yazını paylaşın
İctimai

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlanıb.

26 İyul 2022

Azərbaycan Prezidentinin sərəncamı ilə təsis edilən və hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 130 layihə çoxdur.

Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub. Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib. Bu isə ötən illə müqayisədə 120 layihə daha çoxdur. Qrant verilməsi nəzərdə tutulan layihələrin 65-i ümumi təhsil müəssisələrinin, 234-ü təhsilverənlərin fərdi layihələridir.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Nəticələrindən razı qalmayan müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…