44 baxış
Bu yazını paylaşın
İctimai

Təhsil İnstitutu müəllim olmaq istəyən şəxslərə müraciət edib

10 İyul 2023

“Müəllimlərin işə qəbulu üzrə imtahanın vaxtının 150 dəqiqəyə qədər artırılması çətin sualların sayının çoxaldılması demək deyil”.

Telejurnal  xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva iyulun 10-da keçirilən brifinqdə deyib.

O söyləyib ki, namizədlər vaxtın uzadılmasını imtahan suallarının çətinləşdiriləcəyi kimi qəbul etməməlidirlər: “Məzmun keçən il olduğu kimi qalır. Suallar da həmişə necə idisə, indi də asan, orta və çətin olaraq müəyyənləşdirilib”.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli isə bildirib ki, bəzi hallarda müəllim olmaq istəyən namizəd test imtahanı mərhələsinə gəlmir: “Hətta müsahibə mərhələsində uğur qazanan namizədlər də bu işdən imtina edir”.

Onun sözlərinə görə, bu da digər namizədin əlverişli imkanı əldən buraxmasına səbəb olur: “Müəllim olmaq istəyən namizədlərə müraciət edirik ki, keçid balını yığan, lakin işləmək istəməyənlər vakansiya mərhələsində seçim etməsinlər”.

Qeyd edək ki, bu ildən MİQ üzrə test imtahanı mərhələsi üçün namizədlərə 120 dəqiqə yox, 150 dəqiqə vaxt veriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…