21 baxış
Bu yazını paylaşın
Dünya

Tehranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.

19 İyul 2022

Tehranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, tarixi Səadətabad sarayında keçirilən görüşdə Prezident İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əlaqələrə dair bir çox məsələlər ətrafında fikir mübadiləsi aparır. Türkiyə Prezidentini bu səfərdə müdafiə, enerji, maliyyə, milli təhlükəsizlik, daxili və xarici işlər nazirləri müşayiət edirlər. Nümayəndə heyətinin tərkibindən də göründüyü kimi prezidentlər yalnız iqtisadi əməkdaşlıq məsələsini deyil, regional və qlobal problemlərə də nəzərə salacaqlar.

Günortadan sonra Rusiya Prezidenti Vladimir Putinin də Tehrana səfəri gözlənilir. Rusiya nümayəndə heyəti barəsində ətraflı məlumat verilməsə də, onun geniş olacağı şübhəsizdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müzakirə olunacaq məsələlər yalnız qarşılıqlı əlaqələri deyil, daha geniş spektri əhatə edəcək.

İkitərəfli görüşlərdən sonra İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

Hazırda Səadətabad sarayı qarşısında toplanan jurnalistlər Türkiyə və İran prezidentlərinin ikitərəfli danışıqlarının sonunu gözləyir. İranın Prezident Administrasiyasının nümayəndəsi jurnalistlərə bildirdi ki, prezidentlərin danışıqlarından sonra mətbuata açıqlama veriləcək.

Prezidentlərin səfəri ilə əlaqədar olaraq Tehranda bəzi yollarda hərəkət məhdudlaşdırılıb və çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Jurnalistlərin kamera və fotoaparatları olduqca ciddi şəkildə yoxlanılaraq saraya buraxılıb.

Buna baxmayaraq akkreditə olunan müxbirlər saraya daxil ola bilib və hazırda onlar görüşün nəticəsi barədə açıqlama gözləyirlər

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…