39 baxış
Bu yazını paylaşın
Dünya

Tehranda İran-Pakistan siyasi məsləhətləşmələrinin 12-ci raundu keçirilib

17 İyun 2023

İran və Pakistan xarici işlər nazirlərinin müavinləri siyasi məsləhətləşmələr aparıb.

”Telejurnal.az” xəbər verir ki, İran və Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin 12-ci raundu bu gün Tehranda İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bağeri Kəni və Pakistan xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xanın iştirakı ilə keçirilib.

Danışıqlarda siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində ikitərəfli məsələlərin geniş spektri müzakirə edilib.

 

Tərəflər həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Danışıqlar zamanı qısa müddət ərzində bütün mövcud sazişləri nəzərdən keçirmək və onların həyata keçirilməsi üçün həll yollarını iki ölkənin səlahiyyətli orqanlarına təqdim etmək üçün işçi komitələrin formalaşdırılması razılaşdırılıb.

 

Qeyd edək ki, İran və Pakistan 2021-ci ildən bəri ilk dəfə siyasi məsləhətləşmələr aparıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…