19 baxış
Bu yazını paylaşın
İctimai

TƏBİB: “Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub, evə buraxılıblar”

17 May 2023

“Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub”.

Bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: “Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar”.

Qeyd edək ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib. Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib. Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…