22 baxış
Bu yazını paylaşın
İctimai

TƏBİB-in İcraçı direktoru məktəblərdə baş verən kütləvi zəhərlənmələrə münasibət bildirib

24 May 2023

“Məktəblərdə baş verən kütləvi zəhərlənmə halları ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmır”.

Bunu  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB tibbi xidməti təşkil edən və ona nəzarət edən bir qurumdur: “Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB sadəcə olaraq tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir”.

V.Qurbanov söyləyib ki, məktəblərdə tibb işçiləri də fəaliyyət göstərir:

“Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər”.

Qeyd edək ki, aprelin 6-da Bakı şəhərinin 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.

Mayın 23-də isə Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəllimi zəhərlənib. Hadisənin mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanması səbəbindən baş verdiyi ehtimal edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…